10:04
Teleqraf.com Ria Novosti agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində 25 nəfər xəsarət alıb.
Məlumatı Rusiyanın Tailanddakı səfirliyi yayıb:
"Hadisə zamanı xəsarət alan şəxslərin sayı məlum deyil. Hazırda Rusiyanın bu ölkədəki səfiri xəstəxanadadır".
Qeyd edək ki, SU-270 nömrəli reyslə uçan Boinq-777 təyyarəsi enişə 40 dəqiqə qalmış hava burulğanına düşüb. Təyyarə Bakı vaxtı ilə 03:38-də Banqkokda eniş edib.
Samir
***
Hava burulğanına düşən Rusiya təyyarəsi ilə bağlı yeni məlumatlar yayımlanıb.
İnsidentlə bağlı Rusiyanın Tailanddakı səfiri Vladimir Sosnov açıqlama verib. Onun sözlərinə görə, hadisə zamanı 27 nəfər xəsarət alıb: "Təyyarə Aeroflot şirkətinə məxsus olub. Hadisə nəticəsində xəsarət alanlardan 24-ü Rusiya, 3-ü isə Tailand vətəndaşı olub. Hazırda xəstəxanada 14 nəfər müalicəsini davam etdirir. Qalan 13 nəfərin xəsarəti yüngül olduğu üçün ambulator müalicə üçün evə buraxılıblar".