4 May 2017 14:29
4 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən saat 16:00 radələrində "Porşe Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vurularaq öldürən Ağəli Fərəcovun biznesmen atası Füzuli Fərəcov danışıb.

Teleqraf.com-un məlumatına görə, Unikal.org-a açıqlamasında Füzuli Fərəcov oğlunun yetkinlik yaşına çatmadığını deyib:

"Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, yetkinlik yaşına çatmayan uşağı həbs etmirlər: "14 yaşlı uşağı həbs edərlər? Bu nədi yazırsınız?...”.

"Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz” sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.


Müəllif:

Oxşar xəbərlər