Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsinə daxil olan cinayət işində qeyd olunub.
Araşdırmalar zamanı həmin mesajlaşma mobil telefondan əldə olunub.
Elçin Quliyevin anasının rəfiqəsi Mahirə Süleymanova generala göndərdiyi ismarclarda qeyd edib:
“Salam Elchin, Mayadi, Fidan dala nomer, ya izvinyayus za bespokoystvo, ya sdelalala arest na mashinu, i zayavleniye na mehkeme,chto to nado eshe sdelat esli posovetuyte.spasibo”, “K chemu ti eto,ti je ne radi etogo pomog mne,mne uje ochen stidno chto sene eziyyet verdim”, “eto k etomu ne kasaetsa”, “ti menya kajetsa ne uznala esho”, “a eto delo ya dovedu do konca!”, “budu obshatsa cerez Azera!”.
(“Salam Elçin, Mayadı. Narahatlığa görə üzr istəyirəm, nömrəni Fidan verdi. Mən maşına həbs qoydurdum və məhkəməyə müraciət etdim. Başqa nə etməyi məsləhət görürsüz? Çox sağ olun”; “Sən axı köməyi mənə buna görə etməmisən. Sənə əziyyət verdiyim üçün xəcalət çəkirəm”; “Bunun ona aidiyyəti yoxdur”; “Sən deyəsən, hələ məni tanımamısan”; “Mən bu işi axıra kimi aparacam”; “Azər vasitəsilə əlaqə saxlayacam”. – tərc.)
Qeyd edək ki, Elçin Quliyevin anası Ədilə Quliyevanın rəfiqəsi və iş yoldaşı Mahirə Süleymanovanın (adı Maya kimi qeyd olunur) avtomobillə bağlı problemi olub. Bununla bağlı Ədilə Quliyeva oğlundan xahiş edib və rəfiqəsinin probleminin həll edilməsini istəyib.
Elçin Quliyev həbs ediləndən sonra dələduzluq faktı üzə çıxıb. İstintaq dövründə Mahirə Süleymanovanın Elçin Quliyevlə yazışması da araşdırılıb.
Mahirə Süleymanova istifadəsində olan mobil telefondan Elçin Quliyevin telefonuna mesajlar göndərib. Bundan sonra Elçin Quliyev işçisi İlqar Əliyevə bu məsələnin araşdırılmasını istəyib. İlqar Əliyev qarşı tərəfi MTN-ə çağıraraq onlara hədə-qorxu gəlib.
İttihama görə, sahibkar Yalçın Abdullayev və digərləri Mahirə Süleymanovaya məxsus 30.000 ABŞ dolları məbləğində “İnfiniti FX 35” markalı avtomobilini hədə-qorxu yolu ilə əlindən alıblar.
Cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Yalçın Abdullayev Beyləqan rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevin qardaşı oğludur.
Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Hacı Zeynalov