Teleqraf.com-a FHN-in rəsmi saytına istinadla xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunaraq döyüş sursatına baxış keçirib. Məlum olub ki, bunlar döyüş tətbiqinə yararlı olan 4 ədəd F1 markalı əl qumbarası və 32 ədəd müxtəlif növ patrondur.
Sursatlar xüsusi ayrılmış ərazidə zərərsizləşdirilərək aidiyyatı üzrə təhvil verilib.