6 May 2017 17:07
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kolorado ştatındakı rəsm qaleriyalarının birində naməlum ziyarətçi Kristofer Vulun "Adısz 2004" rəsm əsərini məhv edib.

Teleqraf.com Ria Novosti-yə istinadla xəbər verir ki, 3 milyon dollar dəyərində olan əsəri korlamaq üçün cinayətkara cəmi 15 saniyə vaxt lazım olub.

O, qara eynəkdə və kepkada salona daxil olub, rəsm əsərinə iki bıçaq zərbəsi vurub, sonra aradan çıxıb. Naməlum şəxs məhz Vulun əsərini hədəfə alıb. Yaxınlıqdakı Pikasso və Mark Şaqala məxsus əsərlərə isə əhəmiyyət verməyib.

MAHİR


Müəllif:

Oxşar xəbərlər