7 May 2017 23:54
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyan bu gün növbəti dəfə qanunsuz olaraq işğal altındakı Azərbaycan ərazilərinə gəlib.

Teleqraf.com xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, Xankəndi aeportunda Sərkisyanı Qarabağ separatçılarının başçısı Bako Saakyan qarşılayıb.

Erməni prezidentinin Azərbaycan ərazilərində keçiriləcək bayram tədbirlərinə qatılmaq üçün gəldiyi deyilir. Belə ki, S.Sərkisyan 9 may Qələbə günü, “separatçı ordunun yaradılmasının” və Şuşanın işğalının 25 illiyi ilə bağlı tədbirlərə qatılacaq.


Müəllif:

Oxşar xəbərlər