8 May 2017 10:09
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani Urmiya şəhərinə səfəri zamanı azərbaycanlılar tərəfindən etiraz aksiyası ilə qarşılaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, minlərlə etirazçı Həsən Ruhaniyə 4 il öncə Azərbaycan türklərinə verdiyi vədləri xatırladıb, onların yerinə yetirilmədiyini bildiriblər.

Soydaşlarımız H.Ruhaninin çıxış etdiyi Qədir stadionuna toplaşaraq ölkə prezidentinin qarşısında “Ruhani, Ruhani – Vədlərin bəs hanı”, “Urmu gölü dolmadı – Türk dilində məktəbimiz olmadı”, “Haray, haray, mən türkəm”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. kimi şüarlar səsləndiriblər.

Stadionda səsləndirilən şüarların eşidilməməsi üçün fars dilində gur səslə musiqi yayımlanıb, bu da soydaşlarımızın kəskin etirazına səbəb olub.

Kütlənin bu etirazlarının qarşısında çaş-baş qalan Ruhani stadionu tərk edib.

Samir


Müəllif:

Oxşar xəbərlər