8 May 2017 13:53
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada baş verən iğtişaşlarda həbs olunan və bir neçə saat sonra azadlığa buraxılan Rusiyanın RT telekanalının əməkdaşı Şarlotta Dubenski baş verənlərlə bağlı müsahibə verib.

Teleqraf.com xəbər verir ki, o, hadisənin Parisin şərq hissəsində keçirilən aksiyaları işıqlandırdığı zaman baş verdiyini deyib:

"Polislər etirazçıların bir qrupunu sıxışdırıb, paralel küçəyə yönləndirdi. Onların arxasınca getdim. Bu zaman piolislər məni tutdu. Jurnalist olduğumu dedim. Ancaq buna məhəl qoymadılar. Onlar məni avtomobilə oturdub, polis bölməsinə apardılar. Bütün avadanlığımı əlimdən aldılar. Çantamda əleyhqazı görüb təəccübləndilər. Onlara başa saldım ki, bu, aksiya zamanı özümü qorumaq üçündür".

Jurnalistin sözlərinə görə, polis bölməsinə aparılan zaman mobil telefonu vasitəsi ilə işlədiyi telekanala müsahibə verdiyini görən təhlükəsizlik əməkdaşları onun əlindən telefonunu da alıblar. Ancaq azad olunduğu zaman telefonu qaytarılıb.

Qeyd edək ki, dünən keçirilən prezident seçkilərinin ikinci turunun nəticələrinin açıqlanmasından sonra Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında toqquşmalar baş verib. İnsident zamanı 141 fəal saxlanılıb.

Nəticələrə əsasən, "İrəli" Hərakatının lideri Emmanuel Makron 65,9% səslə seçkilərdə qalib gəlib.

Samir


Müəllif:

Oxşar xəbərlər