8 May 2017 14:36
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tapılan beş cəsəd ermənilərin törətdiyi qətliamda öldürülən azərbaycanlıların sümükləri ola bilər.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı üzrə ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev Xaçmaz rayonunda tapılan kütləvi məzarlıq haqda danışarkən deyib.

Onun sözlərinə görə, tapılan beş cəsəd ermənilərin törətdiyi qətliamla öldürülən azərbaycanlıların sümükləri ola bilər:

“Bunun üçün ərazidə baxış keçirilir. Bütün ehtimalları dəqiqləşdirmək üçün arxeoloji ekspedisiya araşdırma aparmalıdır”.

Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, dəniz sahillərinə yaxın ərazidə insan sümüklərinin tapılması barədə qurum artıq aidiyyəti orqanlara məlumat çatdırıb: “Aşkar edilən insan sümüklərinin ermənilər tərəfindən öldürülən dinc insanlara məxsus olması ehtimalı yüksəkdir. Buna görə də Arxeologiya və Etnoqrafiya İnstitutuna araşdırma aparması üçün məlumat verilib”.

Qeyd edək ki, Xaçmaz rayonunun Muxtadır kəndi ərazisində, Xəzər dənizinin kənarında göbələk yığan şəxslər kütləvi məzarlıq aşkar edib.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər