8 May 2017 14:50
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli biznesmen, "Fənərbaxça" idman klubunun prezidenti Əziz İldırım barəsində İstanbul Anadolu Respublika Prokurorluğunda qəsdən xəsarət yetirmə maddəsi üzrə araşdırma başlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb İldırımın mayın 7-də keçirilən "Yaxın Şərq Universiteti" - "Fənərbaxça" basketbol oyunu zamanı rəqib klubunun rəhbəri İşıq Eyigüngörə yumruq atması olub.

Bundan başqa, Türkiyə Basketbol Federasiyası İldırımın nizam-intizam komitəsinə dəvət edildiyini bildirib.

Samir


Müəllif:

Oxşar xəbərlər