Bu sözləri Teleqraf.com-a açıqlamasında səhhəti pisləşərək Mərkəzi Klinik Xəstəxanasıın reanimasiya şöbəsinə çatdırılan akademik Məhərrəm Məmmədyarovun həyat yoldaşı, Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun anası İzida İbrahimbəyova deyib.
Onun sözlərinə görə, akademik hazırda palatada müalicə alır:
"Məhərrəm müəllimin səhhəti yaxşıdır, hazırda həkim nəzarəti altındadır, 1-2 günə evə buraxılacaq".
Məhərrəm Məmmədyarovun rəhbəri olduğu Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasından Teleqraf.com-a bildiriblər ki, o, dünən əlaqə saxlayaraq işə gəlməyəcəyini bildirib. İşçilər indiyədək Məhərrəm Məmmədyarovun hər hansı xəstəlikdən şikayətçi olmadığını söyləyiblər.