“Bir həftə ərzində meriya müsbət cavab verməsə, qurultay avtomatik olaraq təxirə salınacaq”.
Bu barədə Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Tural Abbaslı danışıb.
Onun sözlərinə görə, qurultaya texniki hazırlıq üçün ən azı bir ay vaxt lazımdır: “Bu gündən hesablasaq, qurultay üçün təyin olunan vaxta bir ay müddət qalıb. Bu baxımdan bir həftəyə müsbət cavab verilməsə, qurultay təxirə salınacaq. Təşkilat Komitəsi bununla bağlı toplaşıb qərar verəcək. Hələ ki, kritik bir həftə var, bunu gözləyirik”.
T. Abbaslı xatırladıb ki, BŞİH-i Müsavatın sorğusuna cavab vermədiyi üçün məhkəməyə veriblər.
NƏRGİZ