9 May 2017 17:37
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Barak Obama xələfi Donald Trampa xəbərdarlıq edib.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat katibi Şon Spayser gündəlik brifinqdə məlumat verib.

Onun sözlərinə görə, xəbərdarlıq ABŞ prezidentinin təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinnlə bağlı olub.

Spayser bildirib ki, noyabrda keçirilən seçkilərdən 48 saat sonra Obama Trampla görüşüb: "Flinn Obamanın nöqsanlarının tənqidçisi olub. O, Obamanı İŞİD terror təşkilatını yaratmaqda və Amerika ətrafındakı digər təhlükələrdə ittiham edib. Bundan əvvəl isə Flinn bir müddət Obama administrasiyasında çalışıb. Ancaq Obama 2014-cü ildə bacarıqsızlığına görə Flinni Müdafiə Kəşfiyyatı Agentliyinin rəhbəri vəzifəsindən çıxarıb. Obama sabiq generalın sadiq olmayacağı ilə bağlı Trampı xəbərdar etmişdi".

Qeyd edək ki, Flinn andiçmə mərasimindən əvvəl Rusiya nümayəndəsi Sergey Kislyak ilə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını müzakirə etməsini Tramp administrasiyasından gizlədib. Bununla əlaqədar o, təyin olunduğu vəzifədə cəmi 1 ay qalıb və fevralda Trampın əmri ilə vəzifədən uzaqlaşdırılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər