"Report"un Şirvan bürosunun məlumatına görə, rayon ərazisində elektrik və rabitə dirəklərinin, eyni zamanda naqillərin sıradan çıxması səbəbi ilə elektrik enerjisinin verilişi dayanıb. Bundan başqa güclü külək iri gövdəli ağaclar aşaraq Bakı-Şamaxı-Yevlax magistralının rayonun Xosrov kəndi ərazisindən keçən hissəsini hər iki istiqamətdən bağlayıb. Rayonun Aralbir kəndi ərazisində yerləşən istixanaların dam örtüyü, fərdi yaşayış evlərinin daş hasarları və dam örtüklərinə ziyan dəyib.
Hazırda Ağdaş rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərə baxış keçirir və dəyən ziyan dəqiqləşdirilir.