10 May 2017 18:10
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

Teleqraf.com-un xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumatına görə, hadisə rayonun Ovçubərə kəndində qeydə alınıb. Kənd sakini, 2014-cü il təvəllüdlü Ağayev Müşfiq Eldar oğlu həyətlərindəki su quyusunun elektrik açarı ilə oynayarkən elektrik cərəyanı vurub.

Hadisədən dərhal sonra azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif:

Oxşar xəbərlər