11 May 2017 11:47
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri ərəfəsində bu ölkənin Pensilvaniya ştatında məskunlaşmış Fətullah Gülənlə bağlı yeni sənəd açıqlanıb.

Teleqraf.com Türkiyə mediasına istiadla xəbər verir ki, hazırda ABŞ-da olan Ədliyyə naziri Bəkir Bozdağın Amerika rəsmilərinə tədqim etdiyi sənəddə FETÖ-çu liderin Braziliyaya və ya Argentinaya qaçacağı bildirilir.

Sənəddə Fətullah Gülənin bir neçə cinayətdə, o cümlədən ötən il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunduğu deyilir.

Ekstradasiya sənədində Fətullah Gülənin artıq Braziliyadan sığınacaq istədiyi, onun Braziliya və ya Argentinaya qaçmağa hazırlaşıdığı barədə kəşfiyyat xəbərləri əksini tapıb.

Mahir


Müəllif:

Oxşar xəbərlər