16 İyul 2014 12:12
2 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

QHT milli-mənəvi dəyərlərin təbliğinə start verdi

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi yeni layihələrə start verilib.

Yayımların Monitorinq Mərkəzi İctimai Birliyinin nümayəndəsi Könül Quliyevanın Teleqraf.com-a verdiyi məlumata görə təmsil etdiyi təşkilat, Şurasının donorluğu ilə “Regional TV disputlarda milli-mənəvi dəyərlərin təbliği” layihəsinə başlayıb. Onun sözlərinə görə, layihənin məqsədi milli-mənəvi dəyərlərin təbliğində vətəndaş qruplarının birbaşa iştirakının təmin edilməsi və aktual mövzuların müzakirəsində tanınmış ekspertlərlə bərabər sadə insanların da rol alaraq geniş auditoriya ilə təmasda olmasına imkan yaratmaqdır:

“İlk tele-disputda, “Cəmiyyətin inkişafında və milli-mənəvi dəyərlərin təbliğində xeyriyyəçiliyin rolu” mövzusunu müzakirəyə çıxaracağıq. Əsrlər boyu xalqımızın yüksək dəyərləri içərisində xeyriyyəçilik geniş yer tutub. Biz, regionlarda və paytaxtda bu istiqamətdə real vəziyyəti təhlil etmək, QHT-lərin iştirakı ilə hansı vacib işlərin görülməsini ekspert və vətəndaşların iştirakı ilə geniş müzakirəyə çıxarmağı nəzərdə tuturuq. Həmçinin, bir çox sosial-ictimai məsələlərin qarşılıqlı anlayış səviyyəsində disputlar vasitəsi ilə müzakirə edilməsinə və həlli yolunun tapılmasına nail olmaqdır. Biz düşünürük ki, cəmiyyətdə istənilən məsələnin həllinin dialoqla, müzakirə ilə həll edilməsinin mümkünlüyü dərk edildikcə, inkişafın təkamüllə baş verməsi qaçılmaz olur. Bu zaman ayrı-ayrılıqda fərdlər, vətəndaş cəmiyyəti qurumları, media quruluşları və hökumət təmsilçiləri problemləri birgə müzakirə edərək, daha effektiv həlli yolu tapa bilərlər. Heç kəsə sirr deyil ki, ölkəmizdə zəif inkişaf meyllərindən biri də ictimai-sosial disput mədəniyyətinin formalaşmasında müşahidə edilməkdədir. Bəzən, fərqli düşünən insanlar bir-birinin fikrini bilmədən, dinləmədən, dözümsüzlük nümayiş etdirməyə meylli olurlar. Bu istiqamətdə cəmiyyətə müsbət nümunələri təqdim və təbliğ etməliyik. Təşkil etdiyimiz disputlar sosial şəbəkələr vasitəsi ilə geniş auditoriyanın istifadəsinə təqdim ediləcək. Bu fəaliyyətlə cəmiyyətimizə faydalı olmağa çalışacağıq”.

Kəmalə


Müəllif: