Teleqraf.com xəbər verir ki, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Aysel Əliyeva naməlum şəxs tərəfindən bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün Aysel Əliyevanın həyatı xilas edilib. Ancaq vəziyyəti ağır olduğu üçün onu dindirmək mümkün olmayıb. Qıza 16 bıçaq zərbəsi vurulduğu bildirilir.
İlkin ehtimala görə, Aysel Əliyevanı sevdiyi oğlan bıçaqlayıb. Hazırda polis əməkdaşları cinayəti törədən şəxsin müəyyən edilərək həbsi istiqamətində tədbirlər görürlər.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov