Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, parlamentin deputatı, İrəvan şəhər meri vəzifəsinə namizəd Zaruhi Bostancyan və kiçik yaşlı qızına qarşı polis zorakılığı olub. Nəticədə Bostancyanın qızı Lilit Drampyan beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumatlara görə, Drampyanın həyatı üçün təhlükə yoxdur.
Lilit Drampyandan başqa seçicilərə rüşvət verilməsi prosesini lentə alan “Azadlıq” telekanalının müxbirləri də polislər tərəfindən zorakılığa məruz qalıb.
Kəmalə