15 May 2017 13:38
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin əməkdaşı həyat yoldaşını və 5 yaşlı qızını öldürəndən sonra özünə qəsd edib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, hadisə mayın 14-də gecə yarısı Moskvanın cənub-qərbində baş verib.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Asiya və Sakit okean əməkdaşlığı departamentinin 44 yaşlı işçisi Lenin prospektindəki evlərdən birinin mənzilində ailə üzvlərinə atəş açıb, daha sonra özünü öldürüb.

Faktla bağlı cinayət işi açılıb.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər