16 May 2017 09:45
1 873
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani növbəti prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Güney Azərbaycanın Təbriz şəhərinə səfər edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ruhani Purşərifi salonunda çıxışı zamanı azərbaycanlıların milli şüarları ilə qarşılaşıb.

Soydaşlarımız Ruhaniyə 4 il öncə verdiyi və yerinə yetirmədiyi vədləri xatırladıblar.

Ruhani “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Haray haray mən türkəm” və s. kimi şüarların qarşısında “türkcə dil deyil, bir mənəvi gücdür” deyərək öz çıxışını davam etdirib.

Çıxış mərasiminin təşkilatçıları əhalidən “Ya Hüseyn, Mir Hüseyn” şüarının səsləndirilməsini istəyiblər, lakin soydaşlarımız milli şüarlar səsləndirməklə kifayətləniblər.

Samir


Müəllif:

Oxşar xəbərlər