Uşağın yaxınlarının Trend-ə verdiyi məlumata görə, itkin düşən 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 17-də Nardaran qəsəbəsindən tapılıb:
"Nardaranda uşağın nənəsi yaşayır. Mayın 17-də axşam saatlarında Amil nənəsinin evinə gedib. Məlum olub ki, o, 5 gün paytaxtda stadionlarda qalırmış. Uşağın məqsədi isə IV İslam Oyunlarını izləmək olub. Buna görə də dərslərə getməyib, stadionlarda yarışları izləyib".
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu mayın 12-də səhər saatlarında anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb. Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla oxuduğu Bakıxanov Olimpiya Liseyinə yola salıb. Lakin uşaq liseyə getməyib.