18 May 2017 15:21
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri Laçının işğal günündə Şəhidlər Xiyabanını ziyarət ediblər.

QAT-dan Teleqraf.com-a verilən məlumata görə, ziyarət zamanı şəhidlərin ruhlarına dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub. Ziyarət iştirakçıları işğalçı Ermənistana nifrət əlaməti olaraq düşmən bayrağını yandırıblar.

QAT sədri Akif Nağı mətbuata açıqlamasında deyib: “Laçının da işğalından 25 il ötür. Bu, çox böyük müddətdir. Artıq gözləməyə yer yoxdur. Müharibə başlamalı, yüz minlərlə şəhid vermək bahasına olsa da, torpaqlarımızı işğaldan azad etməliyik”.

Ziyarətin sonunda polislə qarşıdurma yaranıb, ancaq gərginliyin qarşısını almaq mümkün olub, saxlanılan olmayıb.

Səxavət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər