Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev bu gün “Həyat Fondu”nun təqdimat mərasimində danışarkən deyib.
Mədət Quliyev çıxışında fonda uğurlar arzulamaqla yanaşı, yaxın keçmişə nəzər salıb:
"Bu gün adi gün deyil. Tədbirə baxıram və 1988-1993-cü illəri yada salıram. Həmin vaxt nəinki xəstələrə yardım etmək barədə düşünmək mümkün deyildi, ölkənin durumu sual altında idi. Lakin ulu öndər Heydər Əliyev səriştəli insanları ətrafına yığaraq, ölkəni vəziyyətdən çıxartdı və uğurlara daşıdı. Bu gün ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçirilir. Azərbaycana İlham Əliyev kimi şəxs rəhbərlik edir. İndi vəziyyət fərqlidir. Fonda uğurlar arzulayıram".