20 May 2017 14:19
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıda çay daşması səbəbindən üç kənd hələ də işıqsız qalıb.

"Report"un Şirvan bürosunun xəbərinə görə, mayın 16-da axşam saatlarında aramsız yağan yağışlar səbəbindən sel suları rayon ərazisində Ağsu çayından keçən elektrik dirəklərini yuyub aparıb, naqilləri sıradan çıxarıb.

Nəticədə Şamaxı rayonunun dağlıq kəndləri olan Qalybuğurd, Keçmədin, Sıs və Qaladərəsi kəndlərinə gedən elektrik enerjisi kəsilib.

"Azərişıq" ASC-nin Şamaxı rayon Elektrik şəbəkəsindən bildiriblər ki, hazırda qurum gücləndirilmiş iş rejimində çalışır. Sözügedən kəndlərə elektrik enerjisini təmin etmək üçün bu gündən etibarən həmin ərazilərə ağır texnikalar və işçi briqadaları cəlb olunub.

Ağsu çayının yatağına və ətrafına 12 ədəd elektrik dirəyi və naqillərlə təmin olunacaq, ərazidə aparılan işlərin nəticəsi olaraq günün sonuna kimi kəndlərə veriləcək, elektrik enerjisinin bərpası nəzərdə tutulub.

Qeyd edək ki, güclü leysan yağışları rayonun Qaleybuğurd, Keşmədin və Qaladərəsi kəndlərinin yollarını da sel suları yumuşdu. Hazırda kənd yollarının bərpası üçün ərazidə ağır texnikalar işləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər