21 May 2017 09:40
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisinin Ankarada keçirdiyi əməliyyat zamanı iki İŞİD-çi öldürülüb.

Teleqraf.com xəbər verir ki, İŞİD-çilər polisə müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

İstanbulda isə İŞİD-lə əlaqəsi olan bir nəfər saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan əsilli olduğu bildirilir.

Ankara valisi Ərcan Topaca deyib ki, təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı Ankaraya fəaliyyət göstərmək məqsədilə gələn iki terrorçu öldürülüb:

“İstanbulda Azərbaycan əsilli şəxs İŞİD üzvü olduğu şübhəsi ilə saxlanılıb. Son günlər onun aktiv olması, Ankaraya gəlməsi diqqət çəkib. Ehtimal olunur ki, iki terrorçunu Ankaraya o gətirib. Onun özü bu iki şəxsin İŞİD üzvü olduğu və fəaliyyət göstərmək məqsədilə Ankaraya gəldiyinə dair ifadə verib. Bundan sonra təcili əməliyyat hazırlanıb”.


Müəllif: Cavad

Oxşar xəbərlər