21 May 2017 12:39
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının Ventura limanına daxil olan 12 metrlik balina limandan çıxa bilməyib.

Teleqraf.com xarici mediaya istinadən bildirir ki, sahil mühafizə qüvvələrinin çoxlu sayda gözətçi gəmiləri 12 metr uzunluğunda olan balinanın okean sularına dönməsi üçün saatlarla çalışmalı olub.

Balinanın Kamarollo şəhərindəki limana girdiyini eşidən yüzlərlə şəhər sakini limana toplaşaraq hadisəni canlı izləyə bilib.

Sahil mühafizə xidmətinin əməkdaşları saatlarla çalışdıqdan sonra balinanın yenidən okean sularına qayıtmasına nail ola bilib.


Müəllif: Cavad

Oxşar xəbərlər