Teleqraf.com xəbər verir ki, bunu bu gün "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxışında birinci vitse-prezident və “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva deyib.
Birinci vitse-prezident bildirib ki, bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha göstərdi: "Azərbaycan göstərdi ki, böyük idman dövlətidir. Azərbaycan komanda hesabında birinci yeri qazandı. Bu qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir. Gəlin bu birliyi qoruyaq, islam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun".
Birinci xanım qeyd edib ki, Azərbaycan növbəti mötəbər idman tədbirinə imza atıb: “Bu günlər ərzində 50-dən çox ölkəni təmsil edən idmançılar və qonaqlar Azərbaycanda oldular. Əminəm ki, onlar Azərbaycanla bağlı öz xatirələrini qəlblərində qoruyub saxlayacaqlar".
M.Əliyeva qeyd edib ki, Azərbaycan 10 gün ərzində İslam ölkələrinin idmançılarını bir araya gətirdi: "Ümidravarm ki, Bakıdan əziz xatirələrlə ayrılacaqsınız. Paytaxtımız İslam aləmini açıq qəlblə qəbul etdi. Mən könüllülərə təşəkkür edirəm. Siiz bu oyunların uğurlu olmasında böyük rol oynadınız. Atletlər bu Oyunun döyünən ürəyi idisə, siz geniş qəlbi idiniz. Mən idmançılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirirəm. Növbəti oyunlar 2021-ci ildə İstanbulda keçiriləcək".