24 May 2017 17:20
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinə ilk sui-qəsd 2000-ci il fevralın 24-nə, hələ Rusiya prezidentinin vəzifələrini icra etdiyi zaman planlaşdırılmışdı..

Teleqraf.com Yutub kanalına istinadla xəbər verir ki, prezident vəzifələrinin icraçısı – gələcək prezident Peterburqda, Anatoli Sobçakın dəfn mərasimində öldürüləcəkdi.

Putinin o zamanki mətbuat katibi Sergey Devyatovun dediyinə görə, gələcək prezidenti öldürməyi hansısa bir təşkilat muzdlu çeçen snayperlərin vasitəsi ilə planlaşdırıbmış.

İkinci sui-qəsd planı artıq prezident olan Putinə Yaltada, MDB-nin 18-19 avqust 2000-ci il tarixli qeyri-rəsmi sammiti zamanı icra ediləcəkmiş. Bildirildiyinə görə, sui-qəsd Putini MDB liderləri ilə görüşə getdiyi qatarın partladılması ilə həyata keçiriləcəkmiş. Hadisənin qarşısı alınıb və xüsusi xidmət orqanları 4 çeçen, iki ərəb terrorçunu həbs edib.

Rəsmi sayılan üçüncü cəhd 2001-ci ilin 9-10 yanvarına - Putinin Bakıya səfəri zamanına planlaşdırılıbmış. Bu sui-qəsdin üstünü isə Azərbaycan xüsusi xidmət orqanları açıb və bildirildiyinə görə, bu dəfə də sui-qəsddə çeçen izi aşkarlanıb.

Terroru həyata keçirəcək şəxs - Kənan Rüstəm əfqan düşərgələrində xüsusi təlim keçmiş, çeçen döyüşlərində iştirak etmiş və artıq hesabında qətllər olan biri olub.
Dördüncü sui-qəsd də islam ölkəsinə planlaşdırılıb. Terrorçular prezidentin keçəcəyi yolda bir maşını partladacaqmış.

Beşinci cəhd öz motivinə görə daha çox maraq doğurur. Vadimir vilayətinin Poqost- Sobinski rayonunun sakini, 38 yaşlı Zayçev soyadlı bir şəxs Kreml darvazalarının yanında Putini partlatmalıymış. Cəhd 2002-ci ilin fevralına təsadüf edir. Bu qəribə kəndli mühafizəçilərə özünün Vladimir Putin olduğunu bildirib. “Putin” dərhal Yeddinci Moskva ruhi xəstəxanasına göndərilib. Bundan sonra onun haqqında heç bir bilgiyə rast gəlinmir...

Videonu təqdim edirik:


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər