Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, İmişli rayonu, Yalavac kəndində vətəndaşa məxsus ümumi sahəsi 142 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 75 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.