31 May 2017 17:53
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-dən etibarən ölkə ərazisində sürü halında yaşayan Mərakeş və İtaliya çəyirtkələrinə qarşı kimyəvi mübarizə tədbirlərinə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu günə qədər xidmətin yerli qurumları tərəfindən Tovuz rayonu ərazisində 3440 hektar, Qazax rayonunda 460 hektar, Samux rayonunda 500 hektar, Ağstafa rayonunda isə 1420 hektar dövlət ehtiyat fond torpaqlarında kimyəvi mübarizə tədbirləri həyata keçirilib.

Eyni zamanda, Biləsuvar rayonu ərazisindəki 2200 hektar, Salyan rayonunda 600 hektar, Saatlı rayonunda 1400 hektar, İmişli rayonunda 4405 hektar, Hacıqabul rayonunda 1250 hektar, Şamaxı rayonunda isə 425 hektar dövlət ehtiyat fond torpaqlarında zərərvericilər məhv edilib.

Ümumilikdə isə ölkə üzrə 16100 hektar sahədə kimyəvi dərmanlama işləri aparılıb.

Mübarizə tədbirləri müasir və yüksək manevr qabiliyyəti olan “AU8115M” çiləyici aqreqat və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

Hazırda Dövlət Xidmətinin yerli qurumları və Respublika Bitki Mühafizə Mərkəzinin mobil bitki mühafizə dəstələri tərəfindən Tovuz, Qazax, Ağstafa rayonlarının Ağdağ adlanan ərazisində və Çeyrançöl adlanan dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə monitorinqlər aparılır və çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olan ərazilərdə mübarizə tədbirləri həyata keçirilir.

Bu həşəratlar sutka ərzində sürü ilə 30 km, tək uçduqda isə 250 km-dən çox məsafəni qət edə bilir. Bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla keçə bilirlər.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər