1 İyun 2017 10:20

Fİlippində İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Maravi şəhərində hökumət qüvvələrinə məxsus iki döyüş təyyarəsi əməliyyatlarda iştirak edib.

Ancaq əməliyyat zamanı qeyri-adi olay baş verib. Qırıcılar hökumət qüvvələrinə məxsus sığınacağı İŞİD mövqeyi sanaraq, bombalayıblar.

Hadisə zamanı 10 əsgər ölüb, 8 hərbçi yaralanıb. Məsələ ilə bağlı açıqlama verən Filippin Müdafiə naziri Delfin Lorenzan olayın yanlışlıq nəticəsində baş verdiyini bildirib.


Müəllif: Samir
Загрузка...