1 İyun 2017 11:11
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Tu-154 təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın nəticələrini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəzaya səbəb kimi əsas pilotun səhvi göstərilib:

"Araşdırmalar zamanı məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq olmayıb. Yanacaq və yükün ağırlığı da icazə verilən səviyyədə olub. İstintaqın nəticələrinə əsasən, əsas pilot təyyarəyə nəzarəti itirib və bu da qəzaya səbəb olub".

Qeyd edək ki, ötən ilin dekabr ayında Qara dəniz üzərində qəzaya uğrayan Tu-154-dəki 92 nəfərin hamısı ölmüşdü.


Müəllif: Samir