1 İyun 2017 11:32
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk mediası Azərbaycan hərbi kəşfiyyatının uğurundan yazıb.

Teleqraf.com xəbər verir ki, məlumatda Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın kəşfiyyat məqsədilə istifadə etdiyi video-qeydiyyat sistemini ələ keçirməsi vurğulanıb. Sistemi araşdıran zaman bəlli olub ki, cihaz hava şarı, kiçik həcmli paraşüt, qutunun içərisində yerləşdirilən kamera, müxtəlif antena və kabellərdən hazırlanıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın Azərbaycanla təmas xəttində ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələrindən istifadə etdiyinə dair iddiaların əsassız olduğunu, bu kimi xəbərlərin daha çox erməni daxili auditoriyasına hesablandığını vurğulayıb.

Türk mediası qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi ələ keçirilən video-qeydiyyat sisteminin fotoşəkillərini nümayiş etdirib.


Müəllif: Cavad