1 İyun 2017 14:37
1 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lukoyl” neft şirkətinin prezidenti və şirkətin səhmlərinin 22 faizinin sahibi Vahid Ələkbərov səhmlərin ucuzlaşmasına görə ilin əvvəlindən bəri 1,4 milyard dollar pul itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyinin milyardler haqqında tərtib etdiyi məlumatda deyilir.

Məlumatda həmçinin qeyd edilib ki, neft maqnatının hazırkı sərvəti 10,6 milyard dollar təşkil edir. Vahid Ələkbərov sadəcə ötən ay 377 milyon dollar itirib. Buna əsas səbəb, “Lukoyl” şirkətinin səhmlərinin ucuzlaşması və rublun möhkəmlənməsi olub.

“Blumberq” agentliyinin milyardler haqqında tərtib etdiyi məlumatda "Amazon.com" şirkətinin qurucusu, rəhbəri, baş icraçı direktoru Ceff Bezos bu il ərzində ən çox qazanan iş adamı olub. O, bu il ərzində 19,9 milyard sərvətinə sərvət qatıb.

Ən çox itirən isə ABŞ neft maqnatı Harold Hamm olub. O, bu il ərzində 3,9 milyard dollar zərərə düşüb.

Qeyd edək ki, Vahid Ələkbərov Azərbaycan əsilli Rusiya biznemsendir.


Müəllif: İlhamə Əbülfət