1 İyun 2017 14:33
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərməyən dördmərtəbəli tikilidə yanğın başverməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə,dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.


Müəllif: Şəfiqə Nazimqızı