1 İyun 2017 15:26
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Kəşfiyyat Komitəsi Rusiyanın son prezident seçkilərinə müdaxiləsi və Tramp komandasının Moskva ilə əlaqələrinin istintaqı çərçivəsində ABŞ prezidentinə yaxın iki şəxsi ifadə verməyə dəvət edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Konqresin Kəşfiyyat Komitəsinə dəvət edilən şəxslər Prezident Trampın vəkili Mixail Kohen və sabiq milli təhlükəsizlik müşaviri, general Flinndir.

Kəşfiyyat Komitəsinin rəhbərlərindən Mayk Konauey və Adam Şiff birgə şərhlərində qeyd ediblər ki, Rusiyanın 2016-cı il prezident seçkiləri kampaniyası dövründə hərəkətləri haqqında davam edən araşdırma daxilində bir neçə nəfər ifadə etməyə dəvət edilib. Onların şəxsi və kommersiya sənədlərini verməsi üçün müzakirələr açılır.

Qeyd edək ki, Konqresin Kəşfiyyat Komitəsi Rusiyanın prezident seçkilərinə müdaxilə etməsi və Trampın komandası ilə əlaqələrinin xarakteri haqqında istinataqı icra edir.

Konqres xaricində Müdafiə Nazirliyi və Federal Təhqiqatlar Bürosu kimi mühüm təşkilatlar da bu istiqamətdə istintaqlar həyata keçirir.

Qeyd edək ki ki, Kəşfiyyat Komitəsi daha əvvəl Trampın sabiq məsləhətçilərindən Rocer Ston, Paul Manafort və Karter Peyc kimi şəxsləri ifadə verməyə dəvət edib.

Prezidentin kürəkəni və müşaviri olan Kuşnerin adı isə Federal Təhqiqatlar Bürosunun apardığı istintaqa daxil edilib.


Müəllif: Cavad