2 İyun 2017 01:25

Saatlı rayonunda piyada ölümü ilə nəticələnmiş yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Saatlı rayonundan keçən hissəsində baş verib. 24 - BX - 674 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobil yol kənarında zibil atan piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Fakta bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Загрузка...