2 İyun 2017 14:16
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:50

Sel suları nəticəsində Bakı-Şamaxı yolundakı maneə aradan qaldırılıb.

Bu barədə Teleqraf.com-a Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Məlumatda deyilir ki, ötən gün axşam saatlarında yağan güclü yağış nəticəsində Bakı-Şamaxı avtomobil yolunun 80-ci km-lik ərazisinə, Ceyrankeçməz dərəsi adlanan hissəsinə dağlıq ərazilərdən gələn güclü sel suları özü ilə bərabər daş və palçıq qatı gətirərək yolun müvəqqəti bağlanmasına səbəb olub:

"Əraziyə dərhal “Azəravtoyol” ASC-nin canlı qüvvəsi və ağır texnikası cəlb olunub.

Aparılan işlər nəticəsində qısa müddət ərzində palçıq qatı yoldan təmizlənərək avtomobillərin hərəkəti bərpa olunub.

Təbii fəlakət zamanı sözügedən ərazidə yolun altından keçən iki ədəd suötürücü borudan birində çökmə baş verib. Nəticədə yolun hərəkət hissəsində 5 metr enində 30-40 sm dərinlikdə çökmə ərazisi yaranıb, yolun kənarlarında olan torpaq qatı yuyulub.

Ərazidə olan avtomobil körpüsünə ziyan dəyməsə də, sutənzimləyici qurğuların müəyyən hissəsi sel sularından ziyan görüb".

Anar Nəcəfli deyib ki, hazırda ərazidə əməkdaşlarımız tərəfindən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirili. Avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur.


Müəllif: Şəfiqə Nazimqızı