2 İyun 2017 14:05
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın eks prezidenti Barak Obama çirkin ekoloji siyasət həyata keçirirdi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, Barak Obamanın apardığı ekoloji siyasət digər dövlətlərin inkişafına maneçilik törədirdi:

“Donald Trampın iqlim üzrə Paris Sazişindən çıxmaq barədə verdiyi qərar düzgündür. Çünki hər hansı bir fabriki, zavodu yeni texnologiya əsasında tikmək üçün milyardlarla dollar lazımdır. Amma həmin zavoda təmizləyici qurğular qoymaqla bu xərc dəfələrlə azaltmaq olar.

Onun üçün Obamanın apardığı çirkin siyası oyun Trampı qane etmədi. Mən ekoloq olaraq Trampın sazişdən çıxma qərarını dəstəkliyirəm”.

Mərkəzinin rəhbəri qeyd edib ki, Amerikanın iqlim üzrə Paris Sazişindən çıxması iqlim dəyişikliyinə mənfi təsir göstərə bilməz.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp iqlim üzrə Paris Sazişindən çıxmaq barədə qərarı verib.


Müəllif: İlhamə Əbülfət