2 İyun 2017 15:41
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərində silahlı atışma baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bu barədə məlumat verən Şərqi Azərbaycan Polis İdarəsinin İctimai Məsələlər üzrə rəis müavini polkovnik Əli İsməilpur hadisənin Təbrizin Münəccim xiyabanında baş verdiyini açıqlayıb:

“İyunun 1-də təxminən 55 yaşlı bir kişi öz yaşlarında olan iki kişiyə tapança ilə atəş açıb. Naməlum şəxs güllələdiyi iki kişini yaraladıqdan sonra öz başına güllə vurararaq intihar edib. Güllə yarası alan şəxslər dərhal xəstəxanaya çatdırılıb”.

Yaralılardan biri tərəflər arasında daşınmaz əmlakla bağlı ixtilaf olduğunu deyib. Hadisənin təfərrüatı ilə bağlı hələlik geniş məlumat yoxdur.


Müəllif: Samir