4 İyun 2017 13:23
3 615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yutub vdeo paylaşım şəbəkəsində dünyada ən qəribə və qorxunc ölümlər haqqında videosüjet paylaşılıb.

Teleqraf.com həmin videonu təqdim edir:

Cəsəd ferması

ABŞ-ın Tennessi ştatındakı Naksvil (Knoxville) şəhərində cəsəd toplama məntəqəsi var. Burada məqsəd insanın ölüm anını təkrar "səhnələşdirmək"dir. Naksvildəki araşdırma laboratoriyası "cəsəd ferması" olaraq da adlandırılır. Cəsəd fermasında cinayətə qurban getmiş insanların öldürülmə səhnəsi yaradılır. Cəsədlər onların yaxınları tərəfindən bu laboratoriyaya bağışlanıb. Burada 190-a yaxın cinayətə qurban getmiş cəsəd var.

Ət yeyən birələr

Ət yeyən həşəratlar Şimali Afrika ərazisində quru mövsümdə ortaya çıxan xırda qum birələridir. Gəmiricilər parazit və ya Çikaqo birələri kimi də tanınırlar. Bu parazitlər torpaq və qumda yaşayır, heyvan və insanlar kimi qidalanırlar. Onlar insanların əlində və ayağında yuvalar qururlar. Parazitlər cildin üzərində yuva qurur və dərialtına çoxlu yumurta qoyaraq artırlar. Bu yuvalar yaralara çevrilir və insana dözülməz acılar verməyə başlayır. İşləyən insanlarda çətinliklər yaradır. İnfeksiya və iltihablanma ilə müşayiət olunur. Bu yaralar qanqrenaya çevrilir və o hissələr kəsilir. Sonda isə ölümlə nəticələnir.

Qabriel Kun və Daniel Petri

Daniel Petri 1991-ci ildə Braziliyada anadan olub. O, 16 yaşında olarkən dostu Qabriel də 12 yaşında idi. 23 iyul 2007-ci ildə oyun üçün Qabriel Danieldən borc pul alır, ancaq borcunu geri qaytara bilmir. Daniel bunun üçün əsəbləşir və Qabrielin evinə gedir. Qabrieli tellə boğmağa çalışır. Qabriel huşunu itirsə də, hələ ölməmişdi. Daniel sonra Qabrielin ayaqlarını mişarla kəsir. DNK testinin nəticəsində məlum olur ki, ayaqları kəsildikdən sonra da Qabriel qısa müddət yaşayıb, lakin çoxlu qan itirdiyinə görə dünyasını dəyişib. Daniel Qabrielin cəsədini tavan arasında gizlətməyə çalışır lakin, Qabrielin cəsədini tavana qaldıra bilmir. O, cəsədi orada qoyub, hadisə yerindən uzaqlaşır. Qabrielin cansız cəsədi dəhşətə düşmüş qardaşı tərəfindən aşkarlanır. Daniel isə uşaq olduğu üçün sadəcə 3 il islahetmə cəzası ilə uşaq islah mərkəzinə göndərilir.

Anatoli Slivko

Anatoli gənc yaşdakı oğlan uşaqlarını xüsusi amansızlıqla öldürdükdən sonra Sovet qatili kimi ad çıxarmışdı. O, 1964-cü ildən 1985-ci ilə kimi 17 oğlan uşağını öldürür. Sadist qatil qurbanlarını öldürdükdən sonra onlara təcavüz edərək, cəsədləri parçalayır və parçalara çoxsaylı güllələr yağdırır. Vəhşicəsinə öldürdüyü qurbanlarının ayaqqabılarını xatirə kimi özündə saxlamağı sevirmiş. Bütün cinayətlərinin şəklini çəkir. Bu şəkillərdə qurbanların cəsədindən ayrılmış başı, ayağı və s. bədən üzvləri var idi. Slivko 1985-ci ildə 7 oğlan uşağı cinayəti, 7 təcavüz və cəsədlərin parçalanması kimi cinayətlərlə mühakimə olunaraq güllələnmə cəzasına məhkum edilir.


Müəllif: İlhamə Əbülfət