4 İyun 2017 14:01
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Tver vilayətinin Konkov rayonu Redkino qəsəbəsində 9 nəfəri güllələyən şəxsin adı məlum olub. Bu, 45 yaşlı Moskva sakini Sergey Yeqorovdur.

Qətlə yetirilənlərin üçü Redkino qəsəbəsinin sakinləridir, digər 6 nəfərin isə Moskvadan gəldiyi bildirilir.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, qanlı qətldən əvvəl bağ evində süfrə arxasında 11 nəfər olub. Qəsəbədə elektrik işləyən S.Yeqorov məclis zamanı baş verən münaqişədən sonra evinə dönərək “Sayqa” markalı ov tüfəngi ilə geri qayıdıb və bağ evində olan 9 nəfəri qətlə yetirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Azərtac)


Müəllif: Teleqraf.com