5 İyun 2017 11:52
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının hüquq komitəsinin rəhbəri Çak Qrassli 2016-cı ildə prezidentliyə namizəd Hillari Klintonla bağlı araşdırmalara başlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, araşdırmalar Klintona qarşı korrupsiya ittihamları ilə bağlıdır.

Məlumatlara görə, Klitnon 2009-2013-cü illərdə dövlət katibi olduğu zaman Banqladeşdəki müəllimn tanışı Məhəmməd Yunusla bağlı araşdırmanı dayandırmaq üçün bu ölkədəki amerikalı diplomatlara Banqladeşin baş naziri Şeyx Xasin Vazed və onun oğlu Sacebə təzyiqlər göstərilməsini əmr edib.

Qrassli ABŞ Dövlət katibi Reks Tillersondan insidentlə bağlı bütün sənədlərin təqdim olunmasını xahiş edib.


Müəllif: Samir