5 İyun 2017 13:27
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Melburn şəhərində partlayış və silah səsləri eşidilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin yaşayış məntəqələrindən birində baş verib.

Naməlum şəxs əlindəki silahla bir nəfəri yaralayıb, bir qadını isə girov götürüb. Olay yerində 40 atəş səsinin eişdildiyi bildirilib.

Hazırda şəhərdəki bəzi küçələrdə hərəkət dayandırılıb. Polis sakinləri evlərindən çıxmamağa çağırıb.


Müəllif: Samir