5 İyun 2017 14:21
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda İran rejiminin anti-türk siyasəti bəzi yerli məsulların əli ilə həyata keçirilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu dəfə Urmiya şəhərinin adının təhrif edilməsi əmri Qərbi Azərbaycan valisi Qurbanəli Səadət tərəfindən verilib.

Vali fars şovinizminin qulluğunda duran Urmiya universitetinin rəisi Rəhim Hobb Nağı ilə məşvərətdən sonra “Urmiya” sözünün “Urumiya” kimi yazılması barədə göstəriş verib və bütün orqanlardan qərarın icra edilməsini tələb edib.

Vali həmçinin tabeliyində olan rəsmi orqanlar və kütləvi informasiya vasitələrindən latın əlifbasından istifadə edərkən Azərbaycanın tarixi şəhərinin adını “Urmiya” deyil, “Urumiya” kimi yazılmasını tələb edib.

Qeyd edək ki, İran rejimi tərəfindən Azərbaycan vilayətlərində müxtəlif postlara təyin edilən məsulların əksəriyyəti fars şovinizmi və rejimin planlarının gərçəkləşdirilməsi istiqamətində hərəkət edir. Coğrafi adların təhrif edilməsinə gəlincə isə, bu, heç də yeni hadisə deyil. Pəhləvi rejimi zamanı bir çox şəhər və coğrafi adlar türkcədən fars dilinə dəyişdirilib. Misal olaraq Tufarqan, Sərəskənd, Xiyav, Muğan, Məlikkəndi, “Qara eyni” və Qoşaçayın adı dəyişdirilərək sıralama ilə Azərşəhr, Həştrud, Meşkinşəhr, Parsabad, Məlikan, “Siyəh çeşmə” və Miyandoab kimi adlandırılıb.


Müəllif: Samir İsayev