13 İyun 2017 12:20
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 11:26

Almaniyanın Münhen şəhərindəki Unterföhrinq metro stansiyasında silah səsləri eşidilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, olaydan sonra polis stansiyanı boşaldıb.

Hadisənin təfərrüatları məlum deyil. Almaniyanın "Bild" nəşri olay zamanı 1 qadın polisin yaralandığını bildirib.

***

Saat 12:08

Münhendəki metro stansiyasında baş verən silahlı insidentin bəzi detalları məlum olub.

Məlumatlara görə, hadisə metronun giriş qapısındakı yoxlama məntəqəsində baş verib.

Naməlum şəxs qadın polisin silahını ələ keçirib və onu başından vurub. Bundan başqa, silahlı daha 4 nəfəri də yaralayıb.

Cinayətkar saxlanılıb.

***

İsveçin paytaxtı Stokholmda sürücü yük avtomobilini səkidə hərəkət edən piyadaların üstünə sürüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Södermalm bölgəsində baş verib.

Qarşısına çıxan avtomobilə dəyərək, dayanan yük maşınının sürücüsü qaçıb.

Olay zamanı ilkin məlumatlara görə, 1 nəfər yaralanıb. Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb edilib.


Müəllif: Samir