Oxşar xəbərlər
Teleqraf.com xəbər verir ki, bu sözləri öz rəsmi İnstaqram hesabında tanınmış teleaparıcı və xeyriyyəçi Hacı Nuran yazıb və Murad Dadaşovu xəstəxanada ziyarət edən zaman çəkdirdikləri fotonu paylaşıb:
“Dünən “Maşın şou” bir fərqli yayımlandı… Murad Dadaşovsuz… Dostumuz ayağından əməliyyat olunduğundan iş başında ola bilmədi. Çalışdıq, onu əvəz edək. Amma bu mümkündürmü? Muradsız Maşın şounu təsəvvür etmək çətindir. Murad, əziz dostum, tez sağal! Bil ki, sən əvəzedilməzsən… Həm dost kimi, həm də öz işinin peşəkarı kimi… Keçmiş olsun hamımıza…”
Qeyd edək ki, dünən “Maşın şou” tarixində bir ilk yaşandığını qeyd etmişdik. Səhhətilə əlaqədar efirə gələ bilməyən şoumeni nə az, nə çox, düz 8 nəfər aparıcı əvəz etməyə çalışmışdı.