16 İyun 2017 03:28
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com-un FHN-nin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1954-cü il təvəllüdlü Əliyev Əsgər Nuxbaloviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com