18 İyun 2017 17:48
2 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:35

Portuqaliyanın Pedrogqo Grande bölgəsində baş verən meşə yanğınında 24 nəfər həyatını itirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, paytaxt Lissabondan 200 km cənub-şərqindəki dağlıq sahədə meydana gələn yanğını söndürmək üçün 400 xilasetmə vəzifəlisi səfərbər olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 24 nəfər ölüb, 20 nəfər yaralanıb və 2 sakin itkin düşüb.

Səlahiyyətlilər bölgədəki evlərin yararsız vəziyyətdə olduğunu qeyd ediblər.

Yanğının baş vermə səbəbi hələ bilinmir.

***

13:52

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 59 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 5-in durumu ağırdır. İlkin məlumata görə, 30-a yaxın şəxs avtomobillərlə fəlakət zonasından çıxmağa cəhd edərkən ölüb.

***

Portuqaliyada meşə yanğınları nəticəsində ölənlərin sayı 62, xəsarət alanların sayı isə 59 nəfərə çatıb.

Meşə yanğınlarında çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq Portuqaliya hökuməti milli matəm elan edib.

Matəm iyunun 20-dək davam edəcək.

Qeyd edək ki, hələlik yanğınların qarşısını almaq mümkün olmayıb.


Müəllif: Şəfiqə